Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

ABŞ Ukrayna məsələsi üzrə Rusiya ilə yeni əlaqələr planlaşdırır

ABŞ Ukraynada nizamlanma ilə bağlı Rusiya ilə yeni əlaqələr planlaşdırır.

TNS xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə ünsiyyət ABŞ və Ukrayna arasında Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən görüşün kontekstində növbəti addım olacaq. ABŞ Rusiyadan müsbət cavab almağa ümid edir və "rusiyalıları bütün hərbi əməliyyatları dayandırmağa təkidlə çağırır".

"Bu münaqişənin hərbi həlli yoxdur", - ABŞ dövlət katibi bildirib.

M.Rubio, həmçinin təsdiqləyib ki, martın 11-də aparılan məsləhətləşmələrdə "danışıqlar prosesinin necə görünəcəyi" müzakirə olunub.