Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

Sarkisyana yeni ittihamlar irəli sürüldü

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.

TNS Ermənistan mətbuatına istinadla xəbər verir ki, İsakov prospektinə və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı ilə bağlı başlanmış cinayət işində Serj Sarkisyana qarşı xüsusi külli miqdarda mənimsəmə, xüsusi külli miqdarda çirkli pulların yuyulması cinayət işi üzrə ittiham irəli sürülüb.

Sarkisyan barəsində heç yerə getməmək barədə yazılı iltizam tədbiri seçilib.