Keçmiş idarə rəisi saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.
TNS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 49 yaşlı Berejnoy 2023-cü ildə polis binasında yarımçıq qalan təmir işlərinin qəbuluna göstəriş verib. O, həmçinin "Neptun 550" adlı xidmət gəmisini qeydiyyata almaqda, saxta sənədlərdən istifadə etməkdə və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.
Qeyd edək ki, Berejnoy 2017-ci ildə idarə rəisi vəzifəsinə təyin edilib. O, 2024-cü ilin payızında idarə rəisi vəzifəsini tərk edib.