Close

15:33
12 Mart 2025
14:19
12 Mart 2025

Qaçırılan qatarın 155 sərnişini azad edildi

Xəbər verdiyimiz kimi, ötən Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlılar qatara hücum edib. Qatardakı 450-yə yaxın sərnişin girov götürülüb. 

TNS "Geo" telekanalına istinadla xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qaçırılan qatardan ən azı 155 sərnişini azad edib və 30-a yaxın ekstremisti öldürüb.

Bildirilir ki, təhlükəsizlik qüvvələri qalan sərnişinlərin azad edilməsi üçün əməliyyatı davam etdirir. Hücumda iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil. Azad edilmiş 17 girovun “təcili tibbi yardım” üçün xəstəxanaya yerləşdirildiyi də bildirilib.