Close

15:33
12 Mart 2025
14:19
12 Mart 2025

Baş nazir sabiq müdafiə nazirini məhkəməyə verdi

İsrailin Baş naziri Benyamin Netanyahu sabiq Baş Qərargah rəisi və müdafiə naziri Moşe Yaalonu məhkəməyə verib.

TNS İsrail KİV-ə istinadla xəbər verir ki, buna səbəb Yaalonun Netanyahunun Qətərdən pul aldığını iddia etməsidir.

Sabiq nazir martın 9-da “Reshet Bet” radiosunun efirində baş nazirin Qətərdən on milyonlarla dollar aldığını deyib və Netanyahunu vətənə xəyanətdə ittiham edib.

İddia Ramle Sülh Məhkəməsində qaldırılıb və hökumət başçısının tələb etdiyi məbləğ 160.000 şekeldir (təxminən 75 min manat).

Baş nazir açıqlama verərək bildirib ki, heç nə onun ölkənin təhlükəsizliyi üçün düzgün qərarlar verməsinə mane ola bilməz.