ABŞ Rusiyanı hədələdi – Atəkəşkəslə razılaşmasa...

Rusiya Ukraynadakı münaqişədə təklif olunan atəşkəsdən imtina edərsə, Vaşinqton ən sərt sanksiyaları tətbiq edəcək.
TNS xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan ABŞ senatoru Lindsey Graham “X” səhifəsində bildirib.
Onun sözlərinə görə, Moskvanın kəskin iqtisadi ağrı hiss etməsinin vaxtı çatıb.
Qeyd edək ki, martın 11-də Kiyev Vaşinqtonun münaqişə zonasında 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Səudiyyə Ərəbistanındakı danışıqlardan sonra Ukrayna və Amerika tərəfləri birgə bəyanat yayaraq, ABŞ-nin bu məlumatı Rusiya Federasiyasına çatdıracağı bildirilib.