Close

10:24
12 Mart 2025
09:47
12 Mart 2025

HƏMAS Qəzza danışıqlarının yeni mərhələsini elan etdi

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başladığını elan edib.

TNS xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdel Rəhman Şadidin HƏMAS-ın teleqram kanalında dərc olunmuş bəyanatında deyilir.

O bildirib ki, Qəzzada atəşkəslə bağlı danışıqların yeni raundu başlayıb və HƏMAS onlara tam məsuliyyətlə yanaşacaq.

"Ümid edirik ki, bu məsləhətləşmələr sazişin ikinci mərhələsi üzrə tamhüquqlu danışıqlara başlamaq məsələsində əhəmiyyətli irəliləyişlərə səbəb olacaq", - Şadid vurğulayıb.