ABŞ-Ukrayna danışıqlarının bəzi detalları
12
20:59 - 11 Mart 2025

Bu gün Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Ukrayna danışıqlarının birinci hissəsində Kiyevin dənizdə və havada atəşkəslə bağlı təklifi müzakirə edilib.
TNS xəbər verir ki, bu barədə Ukraynanın “İctimai” kanalı görüşün gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, həmçinin nadir torpaq mineralları sazişi barəsində də danışılıb.
Hazırda danışıqların ikinci mərhələsi davam edir.