Sabiq prezident həbs olundu: 7 min polis əməliyyatda iştirak etdi
46
14:30 - 11 Mart 2025

Filippinin sabiq Prezidenti Rodriqo Duterte həbs edilib.
TNS xarici mediaya istinadən xəbər verir ki, İnterpolun qırımızı bülletenlə axtardığı Duterte hava limanında saxlanılıb.
Sabiq prezident narkotiklərlə mübarizə əməliyyatları zamanı törətdiyi iddia edilən insanlığa qarşı cinayətlərə görə həbs edilib.
Filippin Milli Polisinin məlumatına görə, Dutertenin tutulması üçün 7 min polis məmuru səfərbər olunmuşdu.