HƏMAS silahlı mübarizəni hansı şərtlə dayandıracağını açıqlayıb

HƏMAS Fələstin dövlətinin yaradılmasına aparan aydın siyasi prosesin olması müqabilində silahlı mübarizəni dayandıracağını açıqlayıb.
TNS xəbər verir ki, bu barədə “Ash-Sharq al-Awsat” qəzetinin Amerikanın HƏMAS ilə danışıqlarının təfərrüatları ilə bağlı dərc etdiyi məqaləsində bildirilib.
Nəşrin məlumataına görə, HƏMAS heç kimə tərksilah öhdəliyi vermədiyini, bunun Fələstinin daxili məsələsi olduğunu qeyd edib. Ancaq silahsızlanmanın nəzərdən keçirilə biləcəyi yeganə şərtini də vurğulayıb.
Bununla belə, Tramp administrasiyasının girov məsələləri üzrə xüsusi nümayəndəsi Adam Boyler bildirib ki, HƏMAS atəşkəs müqabilində tərksilah olmağa hazırdır. O, həmçinin qeyd edib ki, ABŞ-nin İsraildən fərqli olan öz maraqları var.