Close

Dünyanın ən aktiv vulkanı püskürdü: 30 min insan təhlükədədir - VİDEO

Mərkəzi Amerika ölkəsi Qvatemalada 3763 metr yüksəklikdə yerləşən Fueqo vulkanında püskürmə baş verib. Ən azı 300 ailə evlərindən təxliyə edilib, 30 min insan isə köçürülmə təhlükəsi ilə üzləşib.

TNS xəbər verir ki, həvəskar kameralarla çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində meydana gələn püskürmədən sonra açıqlama verən səlahiyyətlilər indiyə qədər heç bir can itkisinin olmadığını bildirsə də, 30 min insan təhlükə ilə üz-üzədir.

Qeyd edək ki, 3763 metr hündürlükdə yerləşən və dünyanın ən aktiv vulkanlarından biri sayılan Fueqo vulkanı sonuncu dəfə 2018-ci ildə böyük püskürüb. Nəticədə 215 nəfər həyatını itirib.