Suriya-YPG razılaşması: 8 maddəlik müqavilə

Martın 10-da Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb.
TNS xəbər verir ki, sənədin surəti Suriyanın Prezident Administrasiyasının “X” hesabında paylaşılıb.
8 maddədən ibarət müqavilədə aşağıdakılar öz əksini tapıb:
1. Dini və etnik mənşəyindən asılı olmayaraq, bütün suriyalıların ləyaqət əsasında təmsil olunma və siyasi iştirak hüquqlarının təmin edilməsi.
2. Kürd icmasının Suriyanın tərkib hissəsi kimi tanınması və onların konstitusiya hüquqlarının təmin edilməsi.
3. Bütün Suriya ərazisində atəşkəs.
4. Suriyanın şimal-şərqində sərhəd keçid məntəqələri, hava limanları, neft və qaz yataqları daxil olmaqla bütün mülki və hərbi qurumların dövlət idarəsi altında inteqrasiyası.
5. Bütün köçkün suriyalıların dövlət himayəsi altında öz vətənlərinə qayıtmasının təmin edilməsi.
6. Suriyanın Əsədin qalıqlarına və onun təhlükəsizliyinə və birliyinə qarşı bütün təhdidlərə qarşı mübarizəsini dəstəkləmək.
7. Bölünmə çağırışlarını, nifrət ifadələrini və nifaq salmaq cəhdlərini rədd etmək.
8. İcra komitələri müqavilənin ilin sonuna qədər qüvvəyə minməsi üçün çalışacaqlar.