Azərbaycanlı Rusiyada yol qəzasında öldü - VİDEO
13
19:39 - 10 Mart 2025

Rusiyanın Tambov vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, Rusiya vətəndaşı olan azərbaycanlının idarə etdiyi minik avtomobili Türkiyə vətəndaşının idarə etdiyi yük maşını ilə toqquşub.
Hadisə nəticəsində əslən Zaqataladan olan Rusiya vətəndaşı aldığı xəsarətlərdən ölüb.
Hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.
Ziya Əmirxanlı