Yük gəmisi ilə tanker toqquşdu - VİDEO
13
18:10 - 10 Mart 2025

Şimal dənizinin Böyük Britaniya sahillərində tanker və yük gəmisi toqquşub.
TNS xəbər verir ki, bu barədə Britaniya Sahil Mühafizə Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtlıa saat 09:48-də (Bakı vaxtı ilə 13:48) Kinqston-Apon-Hall şəhəri yaxınlığında baş verib.
Tankerdə yanğının başlanıldığı bildirilir.
Hadisə yerinə xilasedici qayıqlar və helikopterlər cəlb olunub.
Əlavə məlumat verilməyib.