Dəmiryol vağzalında yanğın: içəridə qalan insanlar kömək istəyir
301
16:47 - 10 Mart 2025

Moskvanın Paveletski dəmiryol vağzalında yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə Mash “Telegram” kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanan binada qalan insanlar kömək istəyir.
Rəsmi qurumlar hələlik yanğınla bağlı məlumat yaymayıb. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, Paveletski stansiyası Moskvanın on dəmiryol stansiyasından biridir. Stansiya həm şəhərətrafı, həm də uzun məsafəli qatarlara xidmət göstərir.