Close

15:34
10 Mart 2025

Suriya vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir- Əl-Şaraa

Suriya vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir.

TNS xəbər verir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa deyib.

“Bu gün, bu kritik məqamda biz yeni təhlükə ilə – əvvəlki rejimin qalıqlarının və onların xarici havadarlarının yeni düşmənçilik törətmək və ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdi ilə üz-üzəyik”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Suriyada toqquşmaların hər bir təhrikçisini müəyyən etmək və məsuliyyətə cəlb etmək məqsədi ilə komitə yaradılacaq.

Əl-Şaraa müvəqqəti hökumətin dövlətin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcəyini qeyd edib.