Paşinyan: “Ermənistan heç vaxt müstəqil olmamalı, heç bir halda dövlət olmamalıdır”

"Məni hakimiyyətə heç kim gətirməyib. 2018-ci ildə zorakılıqsız məxməri inqilabla xalq hakimiyyətə gətirib".
TNS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Telegram" kanalında yazıb.
Paşinyanın sözlərinə görə, o, xalq hakimiyyətinin etibar etdiyi adamdır və xalq istədiyi vaxt onu başqası ilə əvəz edə bilər.
“Seçkilərdəki fırıldaqçılar-qəsbçilər, Ermənistanda niyə hakimiyyətə gətirildiyinizi deməyi unutmayın.
Siz deməyəcəksiniz, amma mən deyəcəm: Ermənistan Respublikası heç vaxt müstəqil dövlət olmamalıdır, heç bir halda dövlət olmamalıdır. Belə ki, o, formal dövlət kimi də varlığının sonunu sakitcə gözləməli və parçalanmaq əmrini itaətkarlıqla yerinə yetirməlidir”,- Baş nazir qeyd edib.
“Sizin xəyanət adlandırdığınız bizim çətin və qəddar, lakin getdikcə daha çox ehtimal olunan bu planı məhv etməyə cəhdimizdir”, - deyə o əlavə edib.
Paşinyan kimin Ermənistanı məhv etmək planının və cəhdinin olduğunu birbaşa açıqlamayıb.