Rusiya bu ölkənin diplomatını ölkədən qovdu
17
12:00 - 10 Mart 2025

Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi Alkeş Odedra və digər britaniyalı diplomatın həyat yoldaşı özləri haqqında yalan məlumat verdiyinə və kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiya Federasiyasında akkreditasiyadan məhrum ediliblər.
TNS xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.
Britaniya səfirliyinin nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar və onlara ölkəni tərk etmək üçün iki həftə vaxt verilib.