Trampın ritorikası Çinə necə fayda verir?
7
11:30 - 10 Mart 2025

ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və aqressiv ritorikası Çinin beynəlxalq səhnədə yüksəlişinə səbəb olacaq, çünki Pekin daha cəlbedici tərəfdaş kimi görünəcək.
TNS “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Avstraliyanın sabiq baş naziri Malkolm Ternbull deyib.
Siyasətçinin fikrincə, Çin prezidenti Si Cinpin Donald Trampın tam əksi kimi görünməyə çalışacaq.
Turnbull həmçinin vurğulayıb ki, Ağ Evin yeni administrasiyasının kursuna görə bir çox ölkə “bir tərəfdən Çinə, digər tərəfdən Trampa baxmağa başlayacaq” və Çinlə əməkdaşlıqda daha çox perspektiv görəcək.