Close

Suriyada ölü sayı artıb- İnsanlar yaxından güllələnib

Suriyanın Latakiya və ətrafında baş verən hadisələrdə ölənlərin sayı artıb.

TNS xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun açıqlamasına görə, ölənlərin sayı 1000-i keçib.

Ölənlərin 700-dən çoxunun yaxın məsafədən güllələndiyi bildirilib.

Toqquşmalarda Əsədyönlü ünsürlərdən 148, Suriya hökumət qüvvələrindən isə 125 nəfər ölüb.