Baş nazir daxili kəşfiyyatın rəhbərinin istefasını tələb etdi
15
23:14 - 09 Mart 2025

İsrailin Baş nazir Benyamin Netanyahu Daxili Kəşfiyyat Təşkilatı Şin-Betin (Şabak) rəhbəri Ronen Barın istefasını tələb edib.
TNS xarici mediaya istinadən xəbər verir ki, martın 9-da ikili arasında gərgin görüş baş tutub.
Söhbət zamanı Netanyahu Bara istefa verməsi və postunu tərk etməsi üçün təzyiq göstərməyə çalışıb.
"Biz araşdırmanı gözləyirdik, indi açarları masaya qoymaq vaxtıdır", - baş nazir bildirib. Lakin Şin Betin rəhbəri bu tələbi yerinə yetirməkdən imtina edib.