Close

Trampla qalmaqalı müzakirə etmək istəmirəm

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vens ilə bağlı insidentin səbəblərini başa düşdüyünü, lakin baş verənləri müzakirə etmək niyyətində olmadığını bildirib.

TNS “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, o, bu barədə Londonda keçirilən sammitin yekunları üzrə Ukrayna və Britaniyadan olan KİV nümayəndələri ilə söhbəti zamanı söyləyib.

“Baş verənləri müzakirə etmək istəmirəm. Düşünmürəm ki, bu formatda güclü əlaqələr qurmağa davam etmək olar. Əminəm ki, bu vəziyyət keçəcək. Qarşıda daha vacib şeylər var və hamımız konstruktiv olmağa davam etsək, o zaman müsbət nəticə əldə olunacaq”, - Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, insidentin mahiyyətini başa düşsə də, təfərrüatları özündə saxlamağa üstünlük verir. O, həmçinin müttəfiqlərdən, o cümlədən də amerikalılardan konstruktiv dialoqu davam etdirəcəklərini gözlədiyini söyləyib və onları kimin təcavüzkar olduğunu xatırlamağa çağırıb.