Close

Rusiya Kursk vilayətinin 33 sakinini Ukraynadan geri qaytarıldı

Rusiyanın Kursk vilayətinin 33 nəfər sakini Ukraynadan geri qaytarılıb.

TNS TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova bildirib.

Proses Beynəlxalq Qızıl Xaç Komitəsi və Belarus tərəfinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Moskva ilə Kiyev arasında Ukraynanın Sum vilayətində olan Kursk vilayəti sakinlərinin təxliyə edilməsi ilə bağlı razılıq əldə olunub.

Ukraynanın Sum vilayətində olan Kursk vilayəti vətəndaşlarının Belarus vasitəsilə Rusiyaya təxliyə olunması barədə razılıq əldə olunub.

Xatırladaq ki, ötən ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə daxil olaraq, böyük bir ərazisini nəzarətə götürüblər. Nəticədə vilayətinin Ukrayna qoşunlarının nəzarətinə keçən hissəsinin sakinlərinin bir qismi Sum vilayəti ərazisinə köçürülüb.