Close

"Zelenski 300 milyard istəyirdi"

“Əgər sülh istəmirsinizsə, sizə pul verməyəcəyik”.

TNS xəbər verir ki,  bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik Fox News telekanalında bildirib.

Onun sözlərinə görə, müharibə davam etdikcə Amerikanın Ukraynaya təhlükəsizlik zəmanəti və ya başqa yardım göstərmək niyyəti yoxdur.

Latnik Ağ Evdə Volodimir Zelenski ilə danışıqların gərgin qarşıdurmaya çevrildiyi görüşdə iştirak edib.

"Kameralar görünməzdən əvvəl 40 dəqiqə və işlər nəzarətdən çıxana qədər də 45 dəqiqə danışdıq. Zelenski əsasən eyni şeyi təkrarladı: “Mən heç bir güzəştə getməyəcəyəm. Onlar mənim torpağımı tərk etməlidirlər. Mən 300 milyard dollar təzminat istəyirəm. Rusiya ilə müharibə etdiyimiz müddətdə ABŞ-dən mənə təhlükəsizlik zəmanəti verməsini istəyirəm”,- nazir qeyd edib.

Latnik belə tələblərin absurd və əsassız olduğunu əlavə edib.