Ermənistan Avropaya yaxınlaşma istəyini təxirə saldı
16
14:29 - 03 Mart 2025

Ermənistan parlamentinin müvafiq komitəsi ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı qanun layihəsinin ikinci oxunuşdan əvvəl müzakirəsini təxirə salıb.
TNS "RIA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Arman Eqoyan bildirib.
“Qanun layihəsinin müzakirəsi texniki səbəblərə görə təxirə salınıb. Bizim bu məsələdə heç bir siyasi fikir ayrılığımız yoxdur", - Eqoyan deyib.
Yanvarın sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqının yaxınlaşmasmasına görə Rusiya ilə fikir ayrılıqlarının olduğunu etiraf edib.