Putinin 2025-ci ildə müharibəylə bağlı planı

Rusiya Federasiyasının 2025-ci il üçün planlarına Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinin ələ keçirilməsi və əvvəllər işğal olunmuş ərazilərə nəzarətin saxlanması daxildir.
TNS xəbər verir ki, bu barədə RBC-Ukraynaya müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski bildirib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi müharibə planlarına daim düzəlişlər edir, lakin strateji məqsəd eyni olaraq qalır - Ukrayna üzərində tam işğal və ya tam nəzarət.
“Onlar öz sənədlərində artıq müəyyən edirlər ki, Ukrayna və bütövlükdə Ukrayna rəhbərliyi neytral və ya rusiyayönlü olmalıdır”, - Skibitski vurğulayıb.