Tramp bu gün Ukraynaya yardımın dayandırılması ilə bağlı...
23
11:54 - 03 Mart 2025

ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynaya dəstəyin nəzərdən keçirilməsinə həsr olunmuş iclas keçirəcək.
TNS xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, iclasda ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset iştirak edəcək.
“Müzakirələrdə ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılması və ya ləğv edilməsi, o cümlədən Bayden administrasiyası zamanı icazə verilmiş, ödənişi ödənilmiş son döyüş sursatı və avadanlığının taleyi ilə bağlı qərar veriləcək”,- NYT qeyd edib.