Close

16:53
03 Mart 2025

Müavinət üçün doğma atası ilə evlənib

ABŞ-nin İndiana ştatında qadın müavinət üçün öz doğma atası ilə evlənib.

TNS WEHT-ə istinadən xəbər verir ki, hadisə 2024-cü ilin iyul ayında baş verib.

Boedli  Makkol və Kimberli Tempel sənəddə yaxın qohum olmadıqlarını qeyd ediblər, lakin araşdırmalar onların doğma ata-qız olduğunu göstərib.

Evlənməyə səbəb aylıq müavinət olub.

Ata həbsxanada cəza çəkdiyindən, müstəqil olaraq pulu ala bilmirdi.

Qadın evlənəcəyi günədək əvvəlki əri ilə hələ də qanuni nikahda olub, bu isə onun başqası ilə evlənməsini də qeyri-qanuni edib.