Close

16:53
03 Mart 2025

Metroda terror aktının qarşısı alındı

Moskva vilayətində sinaqoqda və Moskva metrosunda terror aktları hazırlayan beynəlxalq terror təşkilatlarından birinin üzvü zərərsizləşdirib.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, Moskva vilayətində milliyyətçə Mərkəzi Asiya ölkəsindən olan Rusiya vətəndaşı yəhudilərin dini ibadətgahında və Moskva metro stansiyalarından birində əldəqayırma partlayıcı qurğuları işə salmaq niyyətində olub. Hücumlardan sonra o, Əfqanıstana getməyi planlaşdırıb.

Cinayətkar saxlanılarkən Rusiya FTX əməkdaşlarına silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib.