Close

Kanadadan Rusiyaya yeni sanksiyalar

Kanada Rusiyanın daha 10 fiziki şəxsinə və 21 şirkətə sanksiya tətbiq edib.

TNS xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo Londonda Ukraynaya təhlükəsizlik və dəstək üzrə Avropa sammiti zamanı bildirib.

Sanksiyaların Rusiyanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün üçüncü tərəf şirkətləri ilə əməkdaşlığının qarşısını almaq məqsədi daşıdığı qeyd olunub.

Yeni tədbirlərdən təsirlənənlər arasında hərbiləşdirilimiş təşkilatlar və onların rəhbərləri də var.

Ümumilikdə Kanadanın anti-Rusiya tədbirləri Rusiya Federasiyası ilə əlaqəli 3000-dən çox şəxsə və təşkilata təsir edib.