Vətəndaşlar özlərinə kredit qadağası qoyacaqlar
58
20:48 - 02 Mart 2025

Rusiya hökuməti kredit fırıldaqçılığından qorunmaq üçün yenilik tətbiq edib.
TNS xəbər verir ki, yeniliyə əsasən, istənilən şəxs dövlət xidmətləri portalı vasitəsilə özünün kredit və borc götürməsinə qadağa qoya bilər.
Xatırladaq ki, Rusiyada kredit fırıldaqçılığı geniş yayılıb. Vətəndaşların xəbəri olmadan onların adına kredit götürülməsi, notariuslarda borc müqaviləsi bağlanılması və sair hallar tez tez baş verir. İndi isə yeni xidmət vasitəsilə vətəndaşlar özlərinə qadağa qoyua biləcəklər. Vətəndaşlar kredit qadağasını tamamilə və qismən tətbiq edə bilərlər.