Close

Ukrayna üzrə Avropa sammiti başlayıb - FOTO

Böyük Britaniyanın paytaxtı Londonda Ukrayna üzrə Avropa sammiti başlayıb.

TNS xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin təşkil etdiyi toplantıda 18 ölkə və birliklərin nümayəndələri iştirak edir.

Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edir. 

Müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olacaq.

Xatırladaq ki, sammitdən bir gün öncə Starmer iqamətgahında Zelenskini qəbul etmişdi. 

67c477543356a67c477543356b174092885267c477543356867c4775433569