Close

Tacikistanda parlamentin aşağı palatasına seçkilər başa çatdı - YENİLƏNİB

Tacikistanda parlamentin aşağı palatasına və regionların, şəhərlərin, rayonların və kəndlərin qanunverici orqanlarına seçkilər başa çatıb.

TNS xəbər verir ki, ölkədə səsvermə 14 saat davam edib.

Vətəndaşlar birmandatlı dairələrdən 41 deputat, ümumrespublika dairəsindən isə 22 deputat seçiblər. Cəmi 63 yer uğrunda 220, o cümlədən 65 müstəqil namizəd mübarizə aparıb.

Yerli qanunvericiliyə görə, qeydiyyatdan keçmiş seçicilərin yarısından çoxunun səs verməsi seçkilərin baş tutması üçün yetərlidir.

17:04

Bu gün Tacikistanda parlamentin aşağı palatasına - Ali Məclisin Nümayəndələr Palatasına seçki keçirilir.

TNS TASS-a istinadla xəbər verir ki, seçici fəallığı 50%-dən çox olduğu üçün səsvermə baş tutmuş hesab edilir.

Yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 11:00) ölkədəki 3 513 seçki məntəqəsində seçicilərin 59%-i səsvermədə iştirak edib.

Xatırladaq ki, martın 2-də Tacikistanda parlamentin aşağı palatasına, eləcə də ölkənin vilayət, şəhər, rayon və kəndlərinin qanunvericilik orqanlarına seçki keçirilir.