Zaxarovadan Zelenski ilə bağlı iddia

“Ukrayna Prezidenti Volodimir Zelenskinin narkotik asılılığından əziyyət çəkməsi adi gözlə də görünür. Üstəlik, o, siyasi karyerasının əvvəlində də bundan əziyyət çəkib”.
TNS xəbər verir ki, bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Soloviev Live TV”yə Zelenskinin Ağ Evə səfərini şərh edərkən çıxış edib.
Onun sözlərinə görə, Zelenski Ağ Evə səfəri zamanı qeyri-adekvat davranışlar sərgiləyib. Zaxarova, həmçinin Ukrayna rəhbəri siyasətə gəlməmişdən əvvəl də çoxlarının onun bu asılılığından danışdığını iddia edib: “Onu şou-biznesdə tanıyanlar bu barədə açıq danışırdılar. Ola bilsin ki, onlar heç bir sensasiya yaratmayıblar. Təbii ki hamı bilir ki, o, bundan sui-istifadə edib”.