Belqorod vilayətində Ukraynanın PUA-sı məhv edildi
10
13:20 - 01 Mart 2025

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində bir Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
TNS Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 1-də Moskva vaxtı ilə saat 10:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda qeyd olunub.