Zelenski: "Özümü Trampın qarşısında günahkar saymıram"
11
10:50 - 01 Mart 2025

"Mən özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram. Hesab edirəm ki, hərdən biz bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. Trampla münasibətlərimiz iki Prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır".
TNS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "FOX News" telekanalına müsahibəsində deyib.
O, ABŞ lideri Donald Trampla görüşdən sonra ondan üzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən belə vurğulayıb.