Close

12:00
01 Mart 2025

5,6 ballıq zəlzələ - Dağıntı tələfat…

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

TNS xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfərin yaşadığı Ambon şəhərindən 375 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 151 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.