Close

Fillər insanlara hücum etdi: 5 ölü

Hindistanın Andhra Pradeş əyalətində fillər insanlara hücum edib.

TNS xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb.

“Hindustan Times” qəzetinin məlumatına görə, əyalətdə keçirilən "Maha Şivaratri" festivalına gedən qrup meşəlik ərazidə fil sürüsünün hücumuna məruz qalıb.  Nəhəng heyvanların ayağı altında qalan 5 nəfər ölüb, xeyli sayda yaralı var.