Close

Aİ Ukraynaya hərbi yardımın həcmini müəyyən edəcək

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları martın 6-dakı fövqəladə sammitdə Ukraynaya yeni hərbi yardımın detallarını və həcmini müəyyən edəcəklər.

TNS TASS-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Nazirlər Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı yeni təşəbbüsü müzakirə ediblər. Təfərrüatlar martın 6-da Aİ-nin fövqəladə sammitində müzakirə olunacaq", - o deyib.