Close

Suriyaya qarşı bəzi sanksiyalar dayandırıldı

Avropa İttifaqı (Aİ) Suriya Mərkəzi Bankına vəsait və iqtisadi resursların verilməsinə icazə verib.

TNS xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Şura 5 təşkilatın maliyyə vəsaitləri və iqtisadi resursları dondurulan hüquqi şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edib”, - məlumatda bildirilir.