Close

Tərəfdaşların Ukraynaya növbəti dəstək paketi açıqlandı

Ukrayna tərəfi bu gün Kiyevə səfər edən tərəfdaş ölkələrdən mühüm maliyyə dəstəyi cəlb edəcək.

TNS xəbər verir ki, bu barədə razılaşma müzakirələr zamanı əldə edilib.

Bildirilib ki, Finlandiya bu ölkənin infrastrukturunun bərpası və Avropaya inteqrasiyasına 4,5 milyon avro ayırmağı öhdəsinə götürüb. İspaniyanın verəcəyi hərbi dəstəyin həcmi 1 milyard, Birləşmiş Krallığın bu məqsədlə ayıracağı vəsait isə 5,6 milyard avroya çatacaq. Krallıq digər dövlətlərlə bərabər Ukraynaya qoşun da göndərəcək.

Danimarka Ukraynaya yardım göstərilməsi üçün büdcədən 270 milyon avro ayıracaq. İsveç isə öhdəsinə 113 milyon dollar ayırmağı götürüb.

Avstraliya və Yeni Zelandiya isə Rusiya Federasiyasına sanksiyalar tətbiq edəcək.

Rəsmi Kanberranın məhdudiyyət siyahısına 79 hüquqi, habelə 70 fiziki şəxsin adı daxil edilib.