İşçilərə Maskın e-poçtlarına cavab verməmək tapşırıldı
11
14:25 - 24 Fevral 2025

ABŞ-də bir sıra federal agentliklər öz işçilərinə İlon Maskın keçən həftə görülən işlər barədə hesabat vermələrini xahiş edən e-poçtlarına cavab verməməyi tapşırıb.
TNS xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ötən həftə “X” sosial media platformasında hökumət işçilərinə belə bir e-poçt göndəriləcəyini və göstərilən müddətdə cavab verməyən işçilərin işdən çıxarılacağını bildirib.
Bununla belə, FTB, Dövlət Departamenti və Pentaqonun əməkdaşlarına mesajı cavabsız qoymağı tapşırdığı öyrənilib.