Lavrov Rusiyanın müharibəni nə zaman dayandıracağını açıqlayıb

Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin yalnız nəticə Rusiya tərəfini qane edərsə, müharibəni dayandıracaq.
TNS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz həm Ukrayna, həm də Avropa ilə, xoş niyyətlə sülhün əldə olunmasına kömək etmək istəyən istənilən nümayəndə ilə danışıqlara hazırıq, lakin biz hərbi əməliyyatları yalnız o zaman dayandıracağıq ki, bu danışıqlar Rusiyanı qane edən qəti və davamlı nəticə versin”, - Lavrov bildirib.