Quterreş Rusiyanı “işğalçı” adlandırdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiya-Ukrayna müharibəsinin başlanmasının üçüncü ildönümü ilə əlaqədar yazılı açıqlama yayıb.
TNS xəbər verir ki, Baş katib Rusiya Federasiyasının BMT-nin nizamnaməsini və beynəlxalq hüququ kobud şəkildə pozaraq, Ukraynaya qarşı genişmiqyaslı işğala başladığını vurğulayıb: “Mən ədalətli, davamlı və hərtərəfli sülhə ehtiyac olduğunu bir daha vurğulayıram. Bəsdir, kifayətdir. Üç illik ölüm və dağıntıdan sonra mən bir daha təcili deeskalasiyaya və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram".
Quterreş vurğulayıb ki, BMT Nizamnaməsi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
O bildirib ki, İkinci Dünya müharibəsinin bitməsindən 80 il sonra Ukraynadakı savaş təkcə Avropanın sülhü və təhlükəsizliyi üçün deyil, həm də BMT-nin əsasları və fundamental prinsipləri üçün ciddi təhlükə yaradır.