Çoxmərtəbəli binanın yanında partlayış baş verdi
15
18:21 - 23 Fevral 2025

Rusiyanın Balakovo şəhərində çoxmərtəbəli binanın yanında partlayış baş verib.
TNS-in "Baza" "Telegram" kanalına istinadən məlumatına görə, partlayış Leonova çayı kənarındakı evin yaxınlığında baş verib.
İlkin məlumatlara görə, partlayıcı qurğu evin yaxınlığında işə düşüb. Nəticədə, yaxınlıqda olan bir qadın yaralanıb – ayaq və bel yaralanmaları ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerində əməliyyat xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.