Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacaqlar
12
10:20 - 23 Fevral 2025

Böyük Britaniya bazar ertəsi, fevralın 24-də Ukraynada münaqişə başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacaq.
TNS xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Lammi bildirib.
“Sabah mən Ukraynada münaqişənin ilk günlərindən Rusiyaya qarşı ən böyük sanksiyalar paketini elan edəcəyəm”, - nazir açıqlamasında vurğulayıb.