Xəstəxanada atışma - Ölən və yaralanan var
265
10:00 - 23 Fevral 2025

ABŞ-nin Pensilvaniya ştatında naməlum şəxs xəstəxanaya atəş açıb, bir nəfər ölüb, beş nəfər yaralanıb.
TNS xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Cinayətkar şəxs həkimə, tibb bacısına, baxıcıya və üç polisə atəş açıb, onlardan biri ölümcül yaralanıb.
Məlumata görə, o, zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Hücumun səbəbi hələlik məlum deyil.