Close

Daha 6 girov azad edildi - YENİLƏNİB

Fevralın 22-də qaçırılan 6 nəfərin azad edilməsindən sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.

TNS xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz indiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HƏMAS hələ də 63 nəfəri girov saxlamaqdadır. İsrail hökuməti onları geri qaytarmaq üçün səylərini davam etdirməyə qətiyyətlə sadiqdir”, - deyə Baş nazir bildirib.

21:12

HƏMAS-ın azad etdiyi altı israilli girovun hamısı Qəzza zolağından İsrailə gəlib.

TNS xəbər verir ki, bu barədə məlumatı İsrail Baş naziri Benyamin Netanyahunun ofisi də təsdiqləyib.

Məlumata görə, girovlar Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə İsrailə təhvil verilir.

Qeyd edək ki, İsrailin də 602 fələstinli məhbusu azad edəcəyi gözlənilir.