“Simpsonlar” gələcəyi necə bilir? - Trampın hakimiyyəti, COVID-19…

"The Simpsons" serialının gələcək hadisələri əvvəlcədən "bilməsi" əsasən, təsadüflər, uzun illər ərzində çoxlu mövzuya toxunması ilə izah olunur.
TNS xəbər xatırladır ki, "The Simpsons" 1989-cu ildən yayımlanır və bu müddətdə 750-dən çox epizod çəkilib.
Serialın yazıçıları cəmiyyətin müxtəlif aspektlərini - siyasət, texnologiya, iqtisadiyyat və mədəniyyət sahələrini diqqətlə araşdırır. Nəticədə bəzi hadisələrin gerçəkləşməsi ehtimalı artır.
Serial gələcək haqqında proqnoz vermək məqsədi güdməsə də, o dövrdə mövcud olan tendensiyaları və mümkün nəticələri satirik formada təsvir edir. Bəzən bu sarkazm sonradan həqiqətə çevrilir.
Serial çox uzun müddətdir, yayımlandığından, yüzlərlə fərqli hadisəni təsvir edib. Bəzi hallarda bu hadisələrin gerçəkləşməsi sadəcə təsadüfdür.
Bəzən tarixdə baş vermiş hadisələri yenidən yaradır. Məsələn, texnologiyanın inkişafı ilə bağlı proqnozlar artıq mövcud elmi tədqiqatlardan ilhamlanır. “The Simpsons”un gələcəklə bağlı proqnozları illərdir ki, dünya gündəmi zəbt edib.
Həqiqətən serialın yazıçılarının mistik gücü varmı? Hansısa qüvvə onlara gələcəkdən xəbər verirmi? Yoxsa, bu, sadəcə təsadüfdür? Bu suallar indiyədək cavabını tapmayıb.
Xatırladaq ki, aşağıda sadalanan hadisələr serialda göstərildikdən illər sonra real həyatda da baş verib:
1. Donald Trampın Prezident olması
2000-ci ildə yayımlanan "Bart to the Future" epizodunda Lisa Simpson ABŞ Prezidenti seçilir və onun əvvəlki Prezident Trampın yaratdığı iqtisadi böhranı həll etməyə çalışdığı göstərilir. 2016-cı ildə Tramp həqiqətən də ABŞ Prezidenti oldu.
2. “Disney”in “Fox”u alması1998-ci ildə yayımlanan bir epizodda “Disney”in “20th Century Fox”u alacağı göstərilmişdi. Bu hadisə 2019-cu ildə gerçək oldu.
3. COVID-19 pandemiyasına bənzər hadisə 1993-cü ildə yayımlanan seriyada Asiyadan yayılan bir virus Springfield şəhərinə gəlir və insanlar xəstələnir. Bu, COVID-19 pandemiyası ilə müqayisə edilib.
4. “Apple”ın "Smartwatch"ını təxmin etməsi 1995-ci ildə nümayiş olunan "Lisa’s Wedding" epizodunda bir xarakter saatına danışır. Bu, 2015-ci ildə “Apple Watch”un təqdim edilməsi ilə oxşar oldu.
5. Riçard Bransonun kosmosa getməsi
2014-cü ildəki bir seriyada “Virgin Group”un sahibi Riçard Branson kosmosa uçan bir gəmidə təsvir edilmişdi. 2021-ci ildə Branson həqiqətən də kosmosa səyahət etdi.
Zarufa