Close

Rusiya ilə ABŞ arasında növbəti görüş

Rusiya və ABŞ arasında növbəti görüş baş tutacaq.

TNS xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

O bildirib ki, iki həftə ərzində ölkələr arasında görüş keçiriləcək. 

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirib.